Azadsöz.az xəbər verir ki, Göyçay rayon icra başçısı Mehdi Səlimzadənin tapşırığına əsasən,Göyçay abadlaşdırma və təmir idarəsinin və Mənzil Kommunal İstismar sahəsinin hər iki qurumun əməkdaşları tərəfindən rayonun Əli Kərim parkında salınmış Şəhidlər Xiyabanında abadlıq və yenidənqurma işləri görülür.
Şəhidlər Xiyabanında uyyan Birinci və İkinci Qarabağ müharibəsində şəhid olanların məzarlarının ətrafına, Xiyabanın giriş qapısının üzərinə üzlük vurulur, bardyurlar yeniləri ilə əvəz edilir.Xiyabanda əkilmiş ağaclar rayonda olan arxlardan yüksək təzyiqli nasoslar vasitəsilə su çəkilərək suvarma işi aprılır.Bununla yanaşı qurumuş ağaclar budanır, və ağardılır.Şəhidlər Xiyabanının giriş hissəsindən Şəhidlər adına tikilmiş bulağın yaxın günlərdə başa çatdırılması nəzərdə tutulub.
Ətraf mühitin sağlamlaşdırılması, ekoloji vəziyyətin yaxşılaşdırılması istiqamətində Göyçay abadlaşdırma və təmir idarəsinin və Mənzil Kommunal İstismar sahəsinin əməkdaşları xüsusi xidmət göstərirlər.