Azadsöz.az xəbər verir ki, iki gün əvvəl itkin düşən Göyçayın Qaraman kənd sakini, 2001-ci il təvəllüdlü Mustafayev Fuad Məzahir oğlunun meyitini bu gün balıqçılar Yuxarı Şirvan kanalında taparaq ailəsinə təhvil veriblər. O, suda batdığı yerdən 500 metr aralıdan tapılıb. Onun özünə qəsd etməsinin səbəbi hələ ki məlum deyil.
Faktla bağlı Göyçay Rayon Prokurorluğu tərəfindən araşdırma aparılır.
Xatırladaq ki, Fuad İsmayılov bir neçə gün öncə ürək nahiyəsindən əməliyyat olunmuşdu.İki gün əvvəl yaşadığı evdən çıxaraq geri qayıtmadığı üçün itkin kimi onun axtarışına başlanılıb.Fuad Mustafayev ev paltarı ilə Qaraman-Göyçay xətti ilə hərəkət edən avtobusa minərək Hacalıkənd kəndi ərazisindən keçən Yuxarı Şirvan kanalının yanına gəlib, körpünün üstündə avtobusdan düşərək naməlum istiqamətə gedib. Onun həmin ərazidə intihar etdiyi məlum olub.