Azadsöz.az vahid dövlət satınalmaları portalına istinadən xəbər verir ki, Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin Ərazi Tikinti-Planlaşdirma Mərkəzi Füzuli şəhərinin Baş Planının hazırlanması ilə bağlı elan etdiyi açıq tenderə yekun vurub.
Tenderin qalibi Komitənin Bakı Dövlət Layihə İnstitutudur. Qalibə 991,2 min manat ödəniləcək.