Azadsöz.az xəbər verir ki, Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) sədri Ramin Bayramlının tutduğu vəzifədən azad edildiyi bildirilir.Bakupost.az-a bu barədə məlumatlı mənbədən məlumat verilib.
Hələlik rəsmi açıqlama və səbəbləri barədə informasiya verilməyib, yaxın saatlarda olacağı gözlənilir.
Saytımıza TƏBİB-in mətbuat xidmətinin rəhbəri Elnarə Baxış xəbəri nə təkzib, nə də ki, təsdiq edib.
“Dəqiqləşdirib deyərəm” deməklə kifayətlənib.
Qeyd edək ki, son zamanlar TƏBİB-lə bağlı ciddi iradlar səsləndirilir.