22 Noyabr 2024 23:59

Üç ölkədən bu məhsulların gətirilməsi mümkün olmayacaq

Azadsöz.az xəbər verir ki, Rusiyanın Zabaykalsk diyarında nodulyar dermatit xəstəliyi, Botsvananın Kqatlenq inzibati ərazi vahidində yüksək patogen quş qripi xəstəliyi, Braziliyanın Minas-Jerays və Matu-Qrosu ştatlarında süngərvari ensefalopatiya xəstəliyi qeydə alınıb.

Bu barədə AQTA məlumat yayıb.

Bildirilib ki, respublika ərazisinin başqa ölkələrdən keçə biləcək yoluxucu heyvan xəstəliklərindən qorunması məqsədilə Braziliyanın Minas-Jerays və Matu-Qrosu ştatlarından bütün növ diri iribuynuzlu kənd təsərrüfatı heyvanları və onlara aid məhsulların, o cümlədən, genetik materialların, tərkibinə heyvan mənşəli zülal və sümük unu əlavə olunan yemlərin, Rusiyanın Zabaykalsk diyarından bütün növ diri iribuynuzlu heyvanların və onlara aid genetik materialların, Botsvananın Kqatlenq inzibati ərazi vahidindən bütün növ diri quş, quş əti və damazlıq yumurtanın idxalına müvəqqəti məhdudiyyət tətbiq edilib.

Eyni zamanda, nəzarət tədbirlərinin gücləndirilməsi məqsədilə Rusiya, Botsvana və Braziliyadan gələn, yaxud tranzitlə keçən nəqliyyat vasitələri ilə bağlı müvafiq tədbirlərin görülməsi üçün Dövlət Gömrük Komitəsinə müraciət olunub.

 

Ankara escort İstanbul Travesti Shemale İstanbul