Azadsöz.az xəbər verir ki, koronavirusa yoluxan müğənni Yaqub Zurufçu “Yeni Klinika”-ya yerləşdirilib.Müvafiq zəruri tədbirlər görülməsinə baxmayaraq, müğənnin vəziyyəti çox ağırdır.
Yaqub Zurufçunun həyat yoldaşı Aynur Zurufçu APA-ya açıqlamasında bildirib ki, hazırda reanimasiya şöbəsində olan müğənninin vəziyyəti ilə bağlı məsələ Birinci vitse-prezident Mehriban Əliyevanın nəzarətindədir.
A. Zurufçunun sözlərinə görə, Prezidentin köməkçisi Anar Ələkbərov da məsələni diqqətdə saxlayır, onlarla mütəmadi danışır.