19 Sentyabr 2024 05:49

Azərbaycan və Türkiyə hərbçiləri Laçında döyüş atışları yerinə yetirir – VİDEO

Azadsöz.az xəbər verir ki, Azərbaycan Respublikası ilə Türkiyə Respublikası arasında bağlanmış hərbi sahədə əməkdaşlıq haqqında sazişə əsasən Laçın rayonunda keçirilən birgə döyüş atışlı taktiki təlim davam edir.

Bu barədə Müdafiə Nazirliyi məlumat yayıb.

Təlimin növbəti günündə xüsusi təyinatlı qruplarla mürəkkəb relyefli ərazilərdə kəşfiyyatın aparılması, əlaqə yollarında pusquların qurulması, ərazidə təxribat qruplarının aşkarlanması və məhv edilməsi, o cümlədən müxtəlif maneələri dəf edərək gizli yollarla şərti düşmənə yaxınlaşma tapşırıqları icra olunub.

Xüsusi təyinatlılar qarşıya qoyulan tapşırıqları yüksək peşəkarlıqla yerinə yetiriblər.

 

kacakbahissitesi.net guvenilirkacakbahis.com">guvenilirkacakbahis.com