03 May 2024 12:06

Fərqliliyimiz Uğurumuzdur

Bu gün Xalq artisti Siyavuş Aslanın doğum günüdür-FOTOLAR

Azadsöz.az xəbər verir ki, bu gün Azərbaycanın Xalq artisti, məşhur aktyor Siyavuş Aslanın  doğum günüdür. Azərbaycan realist aktyor məktəbinin görkəmli nümayəndələrindən olan Siyavuş Aslan 1935-ci il sentyabrın 5-də Bakıda dünyaya göz açıb. Aktyorluğa həvəskar kimi dram dərnəyindən başlayıb. O, 1963-1969-cu illərdə Azərbaycan Dövlət İncəsənət İnstitutunda musiqili komediya aktyorluğu ixtisası üzrə ali təhsil alıb.


Səyavuş Aslan – 80

Əmək fəaliyyətinə 1957-1958-ci illərdə Azərbaycan Dövlət Estrada Birliyində başlayan Siyavuş Aslan 1958–1959-cu illərdə Quba Dövlət Dram Teatrında, 1959-1984-cü illərdə Azərbaycan Dövlət Musiqili Komediya Teatrında, 1984–1994-cü illərdə isə Azərbaycan Dövlət Akademik Milli Dram Teatrında aktyor kimi çalışıb. 1994-cü ildə o, Azərbaycan Dövlət Musiqili Komediya Teatrına bədii rəhbər təyin edilib. 1996-cı ildə Siyavuş Aslan yenidən Akademik Milli Dram Teatrına qayıdaraq ömrünün sonunadək taleyini bu sənət ocağı ilə bağlayıb.

Siyavuş Aslan | Facebook

Teatr aktyorluğu sahəsində görkəmli sənətkar kimi tanınan Siyavuş Aslan həm də məşhur kino ustası olub. Onlarla filmdə müxtəlif xarakterli sadə insanların, müftəxorların, fırıldaqçıların obrazlarını kinolentin yaddaşında yaşadıb. Siyavuş Aslanın teatr və kino sənətinə həsr etdiyi mənalı yaradıcılıq yolu neçə-neçə gənc aktyor nəsli üçün əsl sənət məktəbidir.

Bu gün Səyavuş Aslanın anım günüdür » Showxeber.az

O, bir çox mükafat və fəxri adlar alıb, müstəqil Azərbaycan Respublikasının ali dövlət təltifləri olan “Şərəf”, “Şöhrət” ordenlərinə və “Azərbaycan Respublikası Prezidentinin fəxri diplomu”na layiq görülüb.

Xalq Artisti Siyavuş Aslanın anadan olmasından 81 il ötür - AZƏRTAC – Azərbaycan Dövlət İnformasiya Agentliyi

Bu gün Siyavuş Aslanın anım günüdür - Aktyorla bağlı az bilinən faktlar
Sənətkar 2013-cü ilin iyunun 27-də dünyasını dəyişib.

Siyavuş Aslan | Facebook

Arvadı ruhi xəstə, oğlu qumarbaz - Siyavuş Aslan haqda 10 maraqlı fakt