Azadsöz.az xəbər verir ki, xanəndə Tahir Nəbiyev koronovirusdan vəfat edib.Bu barədə onun yaxınları sosial şəbəkədə məlumat yayıblar.
T.Nəbiyevdə bir neçə gün əvvəl koronavirus aşkarlanmışdı. O, Akademik Mir-Qasımov adına Respublika Klinik Xəstəxanasında müalicə alırdı.
Qeyd edək ki, T.Nəbiyev gənc xanəndə Kamilə Nəbiyevanın atasıdır.
Xatırladaq ki, bir neçə həftə əvvəl gənc xanəndə Tuqay İsmayılov da koronavirusdan dünyasını dəyişib.