27 İyul 2024 06:40

Prezident Etibar Mirzəyevlə bağlı sərəncam imzaladı

Azadsöz.az xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Fövqəladə Hallar Nazirliyinin əməkdaşlarının təltif edilməsi haqqında sərəncam imzalayıb.

Təltif edilənlər arasında Azərbaycan Respublikası fövqəladə hallar nazirinin müavini, general-leytenant Etibar Mirzəyev də var. O, “İgidliyə görə” medalı ilə təltif olunub.