27 İyul 2024 07:43

“Real” Mbappenin transferindən imtina etdi-FOTO

Azadsöz.az xəbər verir ki, “Real” PSJ-nin hücumçusu Kilian Mbappeni bu yay transfer etmək fikrindən daşınıb.

Bu barədə “Sky Sports” məlumat yayıb. Bildirilib ki, Paris təmsilçisi Madrid klubunun fransalı oyunçu üçün göndərdiyi son  təklifə  müəyyən edilmiş müddət ərzində cavab verməyib və bundan sonra “Real” sonrakı danışıqlar cəhdlərini dayandırıb.

Qeyd edək ki, PSJ “Real”ın 170 milyon avro və 10 milyon avro bonusun yer aldığı təklifi rədd etmişdi.

"Real" Mbappenin transferindən imtina etdi