23 Noyabr 2024 04:48

Göyçayda “Təzə Bazar”-da aksiya başlayıb

Azadsöz.az xəbər verir ki, Nazirlər Kabinetinin 2021-ci il 16 yanvar tarixli Sərəncamı ilə “Azərbaycan Respublikasında COVID-19 xəstəliyi əleyhinə 2021-2022-ci illər üçün Vaksinasiya Strategiyası”na uyğun olaraq, yanvarın 18-dən etibarən ilk olaraq səhiyyə işçilərinin peyvəndlənməsinə başlanılıb və 70%-dən yuxarı tibb işçisi vaksinasiya olunub. 08 fevral tarixindən 65 yaşdan yuxarı vətəndaşlar üçün, fevral ayının 17-dən etibarən isə yaşı 50 və yuxarı şəxslərin vaksinasiyasına başlanılıb.

Qeyd  edək ki, Göyçay şəhər Təzə Bazarda yaradılan Tibb məntəqəsində səliqə-səhman, karantin qaydaları rəhbər tutularaq, ara məsafəsi saxlamaqdan, tibbi masadan istifadə olunmaqla sakinlərə xidmət təşkil olunub. Bazar rəhbərliyi və kollektiv bu həyatı məsələdə həkimlərimizə kömək olaraq, gün ərzində ərazidə maarifləndirmə aksiyası keçirdir. Əhalinin razılığı ilə qarşılanan prossesdə “Özünü, ailəni və cəmiyyəti qoruyaq, peyvənd olaq” adlı aksiya davam edir.

Ankara escort İstanbul Travesti Shemale İstanbul