Azadsöz.az xəbər verir ki, Baş nazir Əli Əsədov “Azərbaycan folkloru nümunələrinin (ənənəvi mədəni nümunələrin) və Azərbaycanın ənənəvi biliklərinin dövlət qeydiyyatına alınması Qaydası”nı və “Azərbaycan folkloru nümunələrinin (ənənəvi mədəni nümunələrin) və Azərbaycanın ənənəvi biliklərinin dövlət qeydiyyatına alınması barədə Şəhadətnamənin nümunəsi”nı təsdiq edib.
Azərbaycan folkloru nümunələrinin (ənənəvi mədəni nümunələrin) və Azərbaycanın ənənəvi biliklərinin dövlət qeydiyyatına alınması Qaydasına əsasən, Azərbaycan folkloru nümunələrinə (ənənəvi mədəni nümunələrə) və Azərbaycanın ənənəvi biliklərinə əqli mülkiyyət hüquqlarının sahibi (hüquq sahibi) Azərbaycan Respublikasıdır.
Bu Qaydanın müddəaları Azərbaycan folkloru nümunələrinin (ənənəvi mədəni nümunələrin) əsasında yaradılmış müəlliflik hüququ və əlaqəli hüquqların yeni obyektləri, həmçinin Azərbaycanın ənənəvi bilikləri əsasında yaradılmış patent qabiliyyətli obyektləri ilə bağlı məsələlərə şamil edilmir.