13 Oktyabr 2024 16:42

Balaxanı Sənaye Parkında 800-ə yaxın daimi iş yeri yaradılıb

Azadsöz.az xəbər verir ki, Balaxanı Sənaye Parkında sayca 23-cü rezident – “Zəfər işığı” MMC qeydiyyata alınıb.

İqtisadiyyat Nazirliyinin  məlumatına əsasən, “Zəfər işığı” MMC il ərzində 5,4 milyon ədəd led lampaların istehsalını nəzərdə tutur.

Layihənin ümumi investisiya dəyəri 1 milyon manata yaxındır. 1000 kubmetr istehsalat sahəsinə malik olan müəssisədə 20 daimi iş yeri yaradılacaq.

Qeyd edilib ki, Balaxanı Sənaye Parkının 23 rezidentindən 16-sı artıq fəaliyyət göstərir və 800-ə yaxın daimi iş yeri yaradılıb. Sənaye Parkının fəaliyyətində əsas məqsəd kiçik və orta sahibkarlara əlverişli biznes mühitinin yaradılması ilə yanaşı, məhsulların təkrar istifadəsi, emalı və resirkulasiyasına təkan verməkdir.

grandpashabet alefbahis istanbul travesti