“İndiyə kimi 7 761 subbakalavr ərizə ilə müraciət edib”.
Azadsöz.az xəbər verir ki, bunu Dövlət İmtahan Mərkəzinin Direktorlar Şurasının sədri Məleykə Abbaszadə V ixtisas qrupu üzrə ixtisas seçimi edəcək abituriyentlər, eləcə də subbakalavrlarla bağlı keçirdiyi onlayn konfransda bildirib.
Onun sözlərinə görə, həmin şəxslərdən 2 700 nəfər I ixtisas qrupu, 2 800 II ixtisas qrupu, 1 345 isə III ixtisas qrupu üzrə müraciət edib:
“III ixtisas qrupu üzrə seçim edən subbakalavrlar regional ali məktəbləri seçsələr, onların şansları daha yüksək olar”.
M.Abbaszadə qeyd edib ki, bu il II ixtisas qrupu üzrə seçim edən subbakalavrların şansı daha yüksəkdir.