Azadsöz.az xəbər verir ki, Mərkəzi Bank 93 fiziki şəxs olan sığorta agentinin lisenziyasını dayandırıb. “Sığorta fəaliyyəti haqqında” qanunun 106.1.1-ci maddəsinə uyğun olaraq verilmiş təqdimatların vaxtında və ya tam yerinə yetirilməməsi ilə əlaqədar qeyd edilən fiziki şəxs olan sığorta agentlərinə verilmiş lisenziyaların qüvvəsi 10 noyabr 2021-ci il tarixinədək dayandırılıb.
“Sığorta fəaliyyəti haqqında” qanunun müvafiq maddəsinə əsasən lisenziyalarının qüvvəsi dayandırılan fiziki şəxs olan sığorta agentlərinin siyahısı ilə keçid vasitəsilə tanış ola bilərsiniz.