17 May 2024 12:51

Türkiyədə meşə yanğını oldu

Azadsöz.az  xəbər  verir ki, Türkiyənin İstanbul şəhərində meşəlik ərazidə yanğın olub.

Bu barədə  “Habertürk” məlumat yayıb.

Məlumata görə, hadisə Pendikdə qeydə alınıb. Hadisə yerinə çoxlu sayda yanğınsöndürən cəlb edilib. Yanğına qurudan müdaxilə edilib, habelə alovun söndürülməsi üçün əraziyə helikopter cəlb olunub. Görülən tədbirlər nəticəsində yanğın lokallaşdırılıb və alovun genişlənməsinin qarşısı alınıb.