17 Sentyabr 2024 00:05

Qazi Elçin Səmədov yeni klipini təqdim etdi – VİDEO

Azadsöz.az  xəbər  verir ki, İkinci Vətən müharibəsi iştirakçısı qazi Elçin Səmədovun “Xanımım” adlı   yeni klipi işıq üzü görüb.

Qazimizin klipi izləyici kütləsi böyük olan onlayn platformalarda paylaşılıb. Onun təqdim etdiyi ekran işi musiqisevərlər tərəfindən maraqla qarşılanıb.

Qeyd edək ki, Elçin Səmədov Suqovuşan kəndində baş verən döyüşlər zamanı böyük qəhrəmanlıq göstərərək ürək nahiyəsindən ağır yaralanaraq qazi olub.