Azadsöz.az xəbər verir ki, İsrail ordusu Suriyanın Kuneytra bölgəsində yerləşən hərbi obyektə raket zərbələri endirib.
Bu barədə “RİA Novosti” agentliyi Suriya ordusundakı mənbələrə istinadən məlumat yayıb.
İsrail ordusunun azı 3 raket atdığı bildirilir.
Qeyd olunub ki, İsrail Suriya ordusunun 90-cı briqadasının qərargahına da hücum edib. İlkin məlumata görə, hərbçilər arasında ölən və yaralanan yoxdur.