Azadsöz.az xəbər verir ki, Ukraynanın təhsil və elm naziri Sergey Şkarletin başçılıq etdiyi nümayəndə heyəti Azərbaycana səfər edəcək.Səfərin bu ilin oktyabrın sonu, noyabrın əvvəli baş tutması gözlənilir.
Səfər zamanı iki ölkə arasında elm və təhsil sahəsində bir sıra məsələlərin müzakirə olunması nəzərdə tutulub.
Qeyd edək ki, S.Şkarlet 2020-ci ilin dekabrından Ukraynanın təhsil və elm naziridir. Nazir “Report”a müsahibəsində də vurğulamışdı ki, Ukrayna və Azərbaycan Təhsil nazirlikləri arasında hələ 1997-ci ildə imzalanmış əməkdaşlıq sazişi 2007-ci ildə qüvvədən düşüb, iki ölkə arasında elmi texniki əməkdaşlıq sazişi isə 2005-ci ildən qüvvədən düşüb.