Azadsöz.az “Reuters”ə istinadən xəbər verir ki, Madaqaskar Prezidenti Andry Rajoelina, bütün nazirlərini istefaya göndərib.
Bu barədə prezidentin baş ofisi açıqlama verib.
Qeyd edilən açıqlamada nazirlərin işdən çıxarılmaları üçün heç bir səbəb göstərilməyib. Lakin prezident bildirib ki, bəzi nazirlərin fəaliyyəti qənaətbəxş deyil:
“Bir futbol komandasında olduğu kimi, hökumətdə DƏ uğursuzluqlar olanda onu dəyişməlisən. Dəyişiklik olacaq və bu, onlara həvalə edilmiş işi yerinə yetirməyənlərə aiddir”.