20 Sentyabr 2024 01:42

Salome Zurabişvili ilə Ərdoğan arasında telefon danışığı olub

Azadsöz.az xəbər verir ki, Gürcüstan Prezidenti Salome Zurabişvili ilə türkiyəli həmkarı Rəcəb Tayyib Ərdoğan arasında telefon danışığı olub.

Bu barədə Gürcüstan Prezidenti S.Zurabişvili özünün “Twitter” hesabında paylaşım edib.

“Gürcüstan Türkiyə ilə yaxın dost və qonşu ölkələrdir. Mən bu gün gördüyümüz faciəvi meşə yanğınları ilə əlaqədar Türkiyə xalqına həmrəyliyimizi çatdırmaq üçün Prezident Ərdoğanla danışdım. Bu çətin vəziyyətin tezliklə sona çatacağına ümid edirəm”, – Gürcüstan prezidenti qeyd edib.

kacakbahissitesi.net guvenilirkacakbahis.com">guvenilirkacakbahis.com