23 Noyabr 2024 22:12

Prezident Rəşad Nəbiyevə daha bir vəzifə verdi

Azadsöz.az xəbər verir ki, Prezident İlham Əliyev “Tranzit Yükdaşımalar üzrə Koordinasiya Şurasının yaradılması haqqında” 21 oktyabr 2015-ci il tarixli fərmanında dəyişiklik edib.

Bununla bağlı Prezident İlham Əliyev fərman imzalayıb. 

Fərmana əsasən, Koordinasiya Şurasının fəaliyyətinin təşkili ilə bağlı işləri Koordinasiya Şurasının Katibliyi həyata keçirir. Katibliyin tərkibinin formalaşdırılmasını və fəaliyyətinin təşkil edilməsini Azərbaycan Respublikasının Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi həyata keçirir.

Dəyişikliyə qədər Koordinasiya Şurasının cari fəaliyyətinin təşkili Azərbaycan Respublikasının Tarif (qiymət) Şurasının Katibliyi tərəfindən həyata keçirilirdi.

Bundan başqa, dəyişikliyə əsasən, Koordinasiya Şurasının sədri vəzifəsini nəqliyyat, rabitə və yüksək texnologiyalar naziri icra edəcək. Buna qədər bu vəzifəni iqtisadiyyat naziri icra edirdi.

 

Ankara escort İstanbul Travesti Shemale İstanbul