03 May 2024 12:26

Fərqliliyimiz Uğurumuzdur

Ermənistanda Rusiya hərbçiləri qəzaya düşdü – ölən və yaralılar var

Azadsöz.az “RİA Novosti” agentliyinə istinadən xəbər verir ki, Ermənistanda Rusiya hərbçiləri qəzaya düşüb, 1 nəfər ölüb, 4 nəfər yaralanıb.

Hadisə bu gün səhər saat 07.00 radələrində Gümrü-Yerevan magistralında, Talin yaşayış məntəqəsi yaxınlığında baş verib.Müqavilə əsasında Gümrüdəki Rusiya hərbi bazasında xidmət edən hərbçi idarəetməni itirib və minik avtomobili dərəyə düşüb.

Nəticədə avtomobildə olan hərbçilərdən biri ölüb, 4-ü orta dərəcəli xəsarət alıb.