Azadsöz.az xəbər verir ki, 6 avqustda İkinci Vətən müharibəsində şəhid olan Göyçayın Yalman kənd sakini, Kənan Siyaqif oğlu Qafarovun doğum günü məzarı önündə və təhsil aldığı orta məktəbdə qeyd olunub.Tədbirdə Rayon İcra Hakimiyyəti başçısı, şəhidin ailə üzvləri, dindarlar, ağsaqqallar və kənd sakinləri iştirak ediblər. Şəhidin əziz xatirəsi ehtiramla yad olunub, məzarı üzərinə gül dəstələri düzülüb.
Daha sonra şəhidimizin təhsil aldığı Göyçay rayon Yalman kənd ümumi orta məktəbdə davam edən tədbirdə çıxış edənlər Kənan Qafarovun keçdiyi döyüş yolundan, qəhrəmanlıq əzimkarlığından danışılıb və məktəbin girişində xatirəsini əbədiləşdirmək üçün yaradılmış guşəyə baxış keçirilib.Bununla yanaşı məktəbin şagirdləri şəhidlərə həsr olunmuş ədəbi bədii kompazisiya ilə çıxış ediblər.
Tədbirin sonunda şəhidin ailə üzvləri göstərilən diqqət və qayğıya görə, İlham Əliyevə, Birinci vitse-prezident Mehriban xanım Əliyevaya, rayon rəhbərliyinə təşəkkürünü bildirib.
Xatırladaq ki, Kənan Qafarov oktyabrın 8-də Füzuli istiqamətində gedən döyüşlərdə qəhrəmancasına şəhid olub.Prezident İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən, ölümündən sonra “Vətən uğrunda” medalı ilə təltif olunub.