08 Sentyabr 2024 03:45

Füzulinin məqbərəsinin bərpası ilə bağlı bu ölkə ilə danışıqlar aparılır

Azadsöz.az xəbər verir ki, dahi Azərbaycan şairi Məhəmməd Füzulinin İraqın Kərbəla şəhərində yerləşən məqbərəsinin bərpası ilə bağlı danışıqlar aparılır.

Xatırladaq ki,  İraqın mədəniyyət naziri yaxın zamanlarda Azərbaycana səfər edəcək və səfər çərçivəsində bu məsələyə də aydınlıq gətiriləcək.

Qeyd edək ki, avqustun 6-da mədəniyyət naziri Anar Kərimovun İraqın ölkəmizdə rəsmi səfərdə olan rabitə naziri Arkan Şihab Əhməd Əl Şaibani ilə görüşdə də Azərbaycan şairi Füzulinin məqbərəsinin bərpası məsələsinə toxunulub.