Azadsöz.az xəbər verir ki,Türkiyənin Təhsil naziri Ziya Selçuk ərizəsini yazaraq, vəzifəsindən ayrıldığını bəyan edib. Onun hansı səbəbdən istefa verdiyi məlum deyil. Hələlik, nazirin yerinə onun müavini Prof. Dr. Mahmut Özer təyin olunub.
Qeyd edək ki, Ziya Selçuk 10 İyul 2018-ci ildən Milli Təhsil Naziri vəzifəsini icra edirdi.