27 İyul 2024 04:39

Ronaldo Bakıya gələcək-TARİX

Azadsöz.az xəbər verir ki, UEFA İcraiyyə Komitəsinin qərarına əsasən, DÇ-2022-nin Avropa seçmə mərhələsində bu ilin sentyabrından etibarən keçiriləcək bütün oyunlarda “VAR” sistemi tətbiq olunacaq.

Milli komandamız DÇ-2022-nin seçmə mərhələsində sentyabrın 7-də Bakıda Kristiano Ronaldunun kapitanı olduğu Portuqaliya millisi ilə qarşılaşacaq. Sözügedən sistem məhz ilk olaraq bu matçda tətbiq olunacaq.

Qeyd edək ki, daha əvvəl VAR sistemindən Bakıda istifadə olunub. Lakin bu, UEFA Avropa Liqasının 2019-cu ildə Bakıda keçirilmiş final matçı və AVRO-2020-nin bu il Bakıda təşkil olunmuş dörd oyunu zamanı baş verib.