Azadsöz.az xarici mətbuata istinadən xəbər verir ki, Amerikalı məşhur aktrisa Riz Uizerspun sahibi olduğu “Hello Sunshine” prodüser şirkətini 900 milyon dollara (təxminən 1 milyard 530 milyon manat) satıb.
Bundan sonra Uizerspun şirkətin Direktorlar Şurasında çalışmağa davam edəcək.
Qeyd edək ki, “Hello Sunshine” 2016-cı ildə aktrisa tərəfindən təsis edilib.