04 May 2024 01:01

Fərqliliyimiz Uğurumuzdur

Penitensiar xidmət və DİN birgə əməliyyat keçirdi-FOTO

Azadsöz.az xəbər verir ki, Ədliyyə Nazirliyi Penitensiar xidmətin əməliyyat aparatının Daxili İşlər Nazirliyinin əməkdaşları ilə birgə keçirdiyi əməliyayt-axtarış tədbirləri nəticəsində hazırda Bakı istintaq təcridxanasında həbsdə saxlanılan Xəlilov Anar Qabil oğlunun evindən narkotik tapılıb.

Onun yaşadığı Lənkəran rayonu Göyşaban kəndindəki fərdi yaşayış evində satış məqsədilə saxladığı 158 qram çəkidə narkotik vasitə “Heroin”, 22 qram çəkidə psixotrop maddə “Metamfetamin”, 1,12 qram çəkidə narkotik vasitə “Tiryək”, 2 ədəd narkotik vasitə hesab edilən “Metadon” dərman həbi, 0,73 qram çəkidə narkotik vasitə “Qurudulmuş marixuana” və bir ədəd elektron tərəzi aşkar edilərək götürülmüşdür.

Penitensiar xidmət və DİN birgəƏMƏLİYYAT KEÇİRDİ - FOTO

Penitensiar xidmət və DİN birgəƏMƏLİYYAT KEÇİRDİ - FOTO