Azadsöz.az xəbər verir ki, Türkiyənin Kəmər bölgəsindəki Parion antik liman şəhərinin qalıqları arasında qədim məzar daşı aşkar olunub.
Bu barədə “Daily Sabah” məlumat yayıb.
Məlumata görə, məzar daşının azı 1900 il öncəyə aid olduğu bildirilib.
Eni və uzunu 1 metr olan daş arxeoloqlar tərəfindən dəyərli tapıntı kimi qiymətləndirilib.
Məzar daşının üzərində ön planda qadın və kişi fiqurları, arxa fonda isə qullıqçular və masa təsvir olunub. Daşın üzərində yazılar da həkk edilib.
Həmçinin, tapıntının əhatəsində daha 10 qəbir aşkar olunub.