Azadsöz.az xəbər verir ki, “Dövlət başçısı İlham Əliyevin Daşkəsən rayonuna səfəri çərçivəsində “AzerGold” QSC-nin “Çovdar” İnteqrəolunmuş Regional Emal Sahəsinə və “Mərəh” qızıl mədəninə diqqəti qeyri-neft sektorunun əsas sahələrindən olan dağ-mədən sənayesinə verilən böyük önəmin göstəricisidir”.
Bu barədə iqtisadiyyat naziri Mikayıl Cabbarov özünün sosial şəbəkə hesabında yazıb.
O bildirib ki, bu sahənin inkişafında xüsusi rolu olan “AzerGold” tərəfindən 2035-ci ilədək əlvan və qara metal yataqlarının səmərəli istismarı ilə ölkənin məcmu ÜDM-nə 21,9 milyard manat həcmində töhfənin verilməsi, 16 minə yaxın işçinin cəlb edilməsi proqnozlaşdırılır.