17 May 2024 13:45

Bu gün Əməkdar artist Məhəbbət Kazımovun doğum günüdür

Azadsöz.az xəbər verir ki, bu gün Əməkdar artist Məhəbbət Kazımovun doğum günüdür.Əsl adı Möhübbət Allahverdi oğlu Kazımov 1953-cü il iyul ayının 2-də Laçın rayonunun Çorman kəndində anadan olub. Ailədə səkkiz bacı, dörd qardaş olublar. Atası Allahverdi təsərrüffatla məşğul olub. Anası Südabə isə evdar xanım olubdur. Məhəbbət Kazımov ilk təhsilini Şamkənd kənd orta məktəbində alıbdır. Kiçik yaşlarından istedadına görə digər bacı-qardaşlarından seçilib. Musiqi təhsili alması üçün qohum-tanışların təkidi ilə 1974-cü ildə Bakı şəhərinə gedib. Asəf Zeynallı adına musiqi texnikumuna qəbul olub. İlk muğam dərslərini Nəriman Əliyevdən almış, sonradan Ağaxan Abdullayevin sinifində oxuyub.

1976-cı ildən professional səhnədə çıxış edirdi. “Dan Ulduzu” ansamblının solisti olmuşdur. Azərbaycanın bir çox konsert salonlarında öz tamaşaçılarına solo konsertlər verib. Bir çox xarici ölkələrdə, Türkiyədə, Rusiyada, İranda, Çexoslovakiyada və başqa ölkələrdə qastrol səfərlərində olubdur. Məhəbbət Kazımov əsasən Azərbaycan milli musiqisi janrında, bir çox tanınmış mahnı və muğamlar oxuyubdur. Ən çox sevilən mahnılarından biri də “Laçınım” mahnısıdır. 14 sentyabr 2012-ci ildə Azərbaycan Respublikasının “Əməkdar artist” fəxri adına layiq görülüb.

1990-cı ildə ailə həyatı qurub, üç övlad atası idi

27 yanvar 2014-cü ildə uzun sürən xəstəlikdən sonra vəfat edib. Xırdalan qəbiristanlığında dəfn olunub.

Məhəbbət Kazımov vəfat edənə qədər “Laçın” instirumental ansambılının rəhbəri olub.