Azadsöz.az xəbər verir ki, bu gün İkinci Vətən müharibəsində şəhid olan 1986-cı il avqustun 1-də anadan olan Göyçayın Alpout kənd sakini Mikayılov Elvin Nizami oğlunun ad günü kənd məzarlığında məzarı önündə qeyd edilib.Tədbirdə Rayon İcra Hakimiyyətinin Şəhər Nümayindəsi, hüquq-mühafizə orqanlarının rəhbərləri, şəhidin ailə üzvləri, dindarlar, ağsaqqallar və kənd sakinləri iştirak ediblər.
Şəhidin əziz xatirəsi ehtiramla yad olunub, məzarı üzərinə gül dəstələri düzülüb.Mərasimdə çıxış edənlər şəhidimizin keçdiyi döyüş yolundan, qəhrəmanlıq əzimkarlığından danışıblar.Tədbirin sonunda Şəhidimizin atası Nizami Mikayılov göstərilən diqqət və qayğıya görə İlham Əliyevə, Birinci vitse-prezident Mehriban xanım Əliyevaya, rayon rəhbərliyinə təşəkkürünü bildirib.
Qeyd edək ki, Elvin Mikayılov 2014 cü ildən Göyçay Su Kanal ASC-nin əməkdaşı olub.2017 ci ildə ailə həyatı qurub.2018 ci ildə qız övladı dünyaya gəlib.
Xatırladaq ki, Elvin Mikayılov 06.10.2020 ildə Suqovuşan istiqamətində gedən döyüşlərdə qəhrəmancasına şəhid olub. Ölümündən 20 gün sonra ailəsinə təhvil verilərək , 26 oktyabr 2020ci ildə Alpoud kəndində dəfn olunub.Prezident İlham Əliyevin 15.12.2020-ci il tarixli sərəncamına əsasən, ölümündən sonra “Vətən uğrunda” medalı ilə təltif olunub.