Azadsöz.az xəbər verir ki, avqustun 2-də YARAT Müasir İncəsənət Məkanın qarşısında 20:00-dan 00:00-dək Mədəniyyət Nazirliyi və YARAT Müasir İncəsənət Məkanının birgə əməkdaşlığı ilə keçiriləcək Azərbaycan Kinosu Gününə həsr olunmuş açıq havada Kinosevərlər Gecəsi keçiriləcək.
Mədəniyyət Nazirliyinin məlumatına əsasən, proqram nüfuzlu film festivallarında uğur qazanan milli filmlərin premyeralarından ibarətdir.Filmlər Azərbaycan dilində (ingilis dilində altyazı ilə) nümayiş olunacaq.
Proqram çərçivəsində Əli-Səttar Quliyevin “Olimpiya”, Rüfət Həsənovun “Daxildəki ada”, Teymur Hacıyevin “Axşama doğru”, Teymur Qəmbərovun “Quxuroba” filmləri nümayiş olunacaq.