“Azərbaycan Türkiyədə baş verən meşə yanğınlarının söndürülməsi üçün texnikalar göndərib”.
Azadsöz.az xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında fövqəladə hallar nazirinin müavini general-leytenant Etibar Mirzəyev deyib.
“Bu gün bizim ikinci mərhələyə aid olan 53 texnika Türkiyəyə yola salınır. Onların içərisində 5 xüsusi riskli xilasetmə xidmətinin xüsusi təyinatlı avtomobili və digərləri isə Dövlət Yanğından Mühafizə Xidmətinin yanğın texnikalarıdır. Bunlar iki sutka ərzində yol gedəcəklər və Marmarisə çatıb bizimkilərə qoşulacaqlar” – deyə nazir müavini bildirib.