23 Noyabr 2024 01:35

Sumqayıt Dövlət Dram Teatrının aktyoru Habil Xanlarov acınacaqlı vəziyyətdə yaşayır-FOTOLAR

Sumqayıt Dövlət Dram Teatrının aktyoru Habil Xanlarov  yaşayış  durumu  ilə  bağlı Facebook sosial hesabında paylaşım edib.

Azadsöz.az  aktyorun paylaşımını olduğu kimi  sizə  təqdim edir:

“Bilirəm bir çoxlarınız bəlkə də bu paylaşımıma görə məni qınayacaqsınız. Amma, məcburam… 30 ildir dayanmadan, yorulmadan Azərbaycan mədəniyyətinin keşiyindəyəm. 100-ə yaxın əsərdə ən çox baş obrazları canlandırmışam. 50-ə yaxın film və seriallarda rol almışam. Ömür necə gəldi keçdi bilmədim. Bir dəfə də olsun vəziyyətlə bağlı bir qapı döymədim. Uğurlu işərimə görə yalnız quru sagoldan başqa heçnəyə nail olmadım…

Verilən boş vədlərlə özümlə bərabər başçılıq etdiyim böyük bir ailəmi də bu ağır səraitlə barışmağa məcbur etdim. 30 ilə yaxındır məcburi köçkün kimi qeydiyyatda olduğum Sumqayıt şəhər 27 saylı məktəbin həyətində istismar müddəti başa çatmış bir daxmada yaşayıram. Orada yalnız mənim ailəm yaşayır. Gözdən uzaq, unudulmuş, heç bir yardım olunmayan bir Azərbaycanlı ailəsi. Xidmətlərimə görə mən də fəxri adlarla, mükafatlarla mükafatlandırılmalıydım. Yayın istisində, qışın oğlan çağında dövlət tədbirlərində obrazlara uyğun geyimlərlə mənə tapşırılan işin öhdəsindən layiqincə gəlmişəm. Artiq dözmək və gözləməyə taqətim qalmayıb. Aldığım əmək haqqı götürdüýüm faiz və borcları belə ödəmir…

Mən də, yaradıcı insan kimi dincəlmək, uşaqlarımı rütubətsiz, ən azından insan yaşaya biləcək bir yerdə böyütmək istəyirəm. Aidiyyatı qurumlardan, Mədəniyyət nazirliyindən, Qaçqın və Məcburi Köçkünlərin işləri üzrə Dövlət Komitəsindən, Sumqayıt şəhər icra hakimiyyətindən, xalqımın imkanlı iş adamlarından köməklik istəyirəm. Bilirəm, coxlarınızın bəlkə də bu vəziyyətdə yaşamağımı və bu statusu yaza biləcəyimi gözləmirdiniz. Məcburam. Hamınızdan üzr istəyirəm”.

Ümid  edirik ki,  aktyorumuzun  ümid  dolu  bu  çağrışına  dövlət  qurumları  səs verəcək.Unutmayaq  ki, Azərbaycan mədəniyyətini, incənətini  şərəflə  qoruyan  sənətkarlara  dövlətimiz  sahib çıxmalıdır.

 

Ankara escort İstanbul Travesti Shemale İstanbul