17 May 2024 11:20

Türkiyənin Hatay vilayətində yanğın baş verib

Azadsöz.az TRT-yə istinadən xəbər verir ki, Türkiyədə Hatay vilayətinin Kırıkhan rayonunda meşəlik ərazidə yanğın baş verib.

Alibeyçağıl məhəlləsindəki meşəlik ərazidən duman yüksəldiyi müşahidə edilib.

Əraziyə 10 suçiləyici maşın, beş su tankı, altı buldozer, iş maşınları və 100 yanöınsöndürən cəlb edilib.

Hazırda alovun nəzarətə alınması istiqamətində iş aparılır.