Azadsöz.az xəbər verir ki, Ərəbistan dənizində Liberiya bayrağı altında üzən, İsrailin “Zodiac Maritime LTD” şirkətinə məxsus “Mercer Street” tankeri Oman sahillərində hücuma məruz qalıb.
Tankerin atəşə tutulması nəticəsində Böyük Britaniya və Rumıniya vətəndaşı olan iki nəfər heyət üzvü həlak olub.
Tankerin İranın hücumuna məruz qaldığı və drondan atəşə tutulduğu iddia olunur.