“2040-cı ilə qədər Şuşanın əhalisinin sayının 25 min nəfərə çatdırılması nəzərdə tutulur”.
Bu barədə şəhərin ərazi planlaşdırılma layihələrinin təqdimatında bildirilib.
Qeyd olunub ki, Şuşada mənzil fondunun 750 000 kvadratmetr olması planlaşdırılır. Məktəbəqədər təhsil müəssisələri 2 250 nəfərlik, ümumi və orta təhsil müəssisələri üçün 4 500 nəfərlik, poliknika 750 nəfərlik, xəstəxana isə 86 nəfərlik olacaq.