Azadsöz.az xəbər verir ki, Antalya, Bodrumdakı meşə yanğınlardan əlavə, Manisa, İzmir və Bursadakı meşələri yandırmağa cəhd edən 2 PKK terrorçusu polislər tərəfindən tutulub.
Belə ki, şübhəli şəxslərin Suriya vətəndaşları olduqları məlum olub. 2 PKK terroçusu meşə yanğınlarında minlərlə canlının ölümünə səbəb olduqlarına görə insanlar onlara hücum çəkib.
Türk polisi həmin terrorçuları ərazidən zirehli maşını ilə çıxarıb.