23 Noyabr 2024 00:43

Kəmaləddin Heydərov Vətən müharibəsi iştirakçısına vəzifə verdi

Azadsöz.az xəbər verir ki, tanınmış jurnalist, Vətən müharibəsinin iştirakçısı Pərviz Aslanov Fövqəladə Hallar Nazirliyində (FHN) vəzifəyə təyin edilib.

Bu barədə nazir, general-polkovnik Kəmaləddin Heydərov müvafiq əmr imzalayıb.

Əmrə əsasən, P.Aslanov FHN-in Mətbuat xidməti şöbəsinin baş məsləhətçisi vəzifəsinə təyin olunub.

FHN-in Mətbuat xidməti faktı təsdiqləyib.

Qeyd edək ki, P.Aslanov 29 sentyabr 2020-ci il tarixindən başlayaraq Vətən müharibəsində qəhrəmancasına iştirak edib, Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyevin sərəncamları ilə “Füzulinin azad olunmasına görə”, “Qubadlının azad olunmasına görə” və “Şuşanın azad olunmasına görə” medalları ilə təltif olunub.

Xatırladaq ki, jurnalist P.Aslanovun sonuncu iş yeri Lider TV olub.

Ankara escort İstanbul Travesti Shemale İstanbul