Azadsöz.az xəbər verir ki, qırx dörd gün davam edən İkinci Vətən müharibəsi qələbə zəfəri ilə tarixin yaddaşına həkk olundu. Azərbaycan xalqına bu sevinci yaşadan başda Ali Baş Komandan İlham Əliyev olmaqla, şanlı ordumuz oldu.
Vətən müharibəsində Azərbaycanın hər bir guşəsindən döyüşə yollanan igidlərimizdən biri də 1998-ci il sentyabrın 26-da Yardımlının Şıxlar kəndində anadan olan Talıbov Elməddin Məmməd oğlu olub.İgidimizin döyüş yoluna qısa nəzər yetirmək istərdik.
İgidimiz Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Yardımlı Rayon şöbəsindən 2016-cı ilin oktyabrında hərbi xidmətə yollanıb. Hərbi xidmətini Ağdamın N saylı hərbi hissəsində şərəflə həyat keçirən Elməddin Talıbov 2018-ci ildə vətənə olan borcunu layiqincə başa vuraraq,ehtiyata buraxılır.
Torpaqlamızın işğal altında olması ilə heç bir zaman barışa bilməyən Elməddin Talıbov düşmənə qarşı daima intiqam hiss ilə yaşayıb. Vətənə olan bu sevgisi onu 2020-ci il sentyabrın 27-də başlanan İkinci Vətən müharibəsində könüllü olaraq döyüşlərdə iştirak etməsinə yol açıb.Füzuli ,Hadrut , Cəbrayıl, Zəngilan, Qubadlı istiqamətində gedən döyüşlərdə şücaət göstərib, düşmənə qan uddurması ilə döyüş yoldaşlarının diqqətini özünə yönəltməyi bacara bilib.Şuşanın azadlığı uğrunda gedən döyüşlərdə son damla qanına kimi döyüşərək, noyabrın 5-də şəhidlik zirvəsinə ucalıb.
Elməddin Talıbov Yardımlı rayon İcra Hakimiyyətinin başçısı Ayaz Əsgərov, hüquq-mühafizə orqanlarının rəhbərləri, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Yardımlı Rayon Şöbəsi, əsgərlər,rayon ictimaiyyəti və gənclər tərəfindən Yardımlı rayonunda dəfn edilib.Şəhidimizin xatirəsini əbədləşdirmək üçün Cəllabad və Yardımlı yolunun üzərində adını daşıyan bulaq tikilərək, istifadəyə verilməsi Yardımlıların şəhidə olan dəyərindən xəbər verir.
Xatırladaq ki, Elməddin Talıbov vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün prezident İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən, ölümündən sonra “Vətən uğrunda”, “Cəsur döyüşçü” medalları ilə təltif edilib.Bununla yanaşı şəhidimiz prezident İlham Əliyevin Sərəncamına əsasən, ölümündən sonra Şuşanın, Füzulinin azad olunmasına görə medalları ilə də təltif olunub.
Allah Rəhmət Etsin