17 May 2024 15:58

Türkiyə ordusu 2 şəhid verdi

Azadsöz.az xəbər verir ki, İraqın Hakurk bölgəsində terrorçularla baş verən atışmada iki Türkiyə hərbçisi şəhid olub, biri yaralanıb.

Bu barədə Türkiyə Milli Müdafiə Nazirliyi məlumat yayıb.

Atışma zamanı bir terrorçu zərərsizləşdirilib.