Azadsöz.az xəbər verir ki, bu gün – Tokio-2020-nin 4-cü günündə 2 idmançımız mübarizə aparacaq.Əvvəlcə cüdoçumuz Murad Fətiyev tatamiyə çıxacaq. 81 kq çəkidə mübarizə aparaq idmançımız 1/16 finalda Syera-Leonedən olan Frederik Harrislə qarşılaşacaq. Görüş Bakı vaxtı ilə 06:00-da nəzərdə tutulub.
Bu gün həm də Azərbaycan badmintonu üçün Olimpiadada debüt reallaşacaq. Qrup mərhələsində ilk turu buraxan milliləşən legioner Edi Reski Dviçayo L qrupunun 2-ci turunda vyetnamlı Tine Minh Nguye ilə yarışacaq. Bu görüşün start fiti Bakı vaxtı ilə 15:00-da veriləcək.
Qeyd edək ki, yarışın ilk 3 günündən sonra Azərbaycanın 16 idmançısı olimpiada ilə vidalaşıb.