Azadsöz.az xəbər verir ki, Göyçay rayon icra başçısı Mehdi Səlimzadənin tapşırığına əsasən, rayonun 59 hektar yaşıllıq ərazisində abadlıq və quruculuq işləri geniş vüsət alıb.Belə ki, yay mövsümü ilə əlaqədar Bakı və Ucar istiqamətindən rayona giriş hissəsində yol boyunca əkilmiş yaşıllıq zolaqları, çinar ağacları Göyçay abadlaşdırma və təmir idarəsinin rəisi Şöhrət Cəfərovun rəhbərliyi ilə idarənin əməkdaşları tərəfindən mütamadi olaraq suvarılır.Bununla yanaşı qurumuş ağaclar budanır, yaşıllıq zolaqları salınır.
Bildirək ki, rayonun 59 hektar yaşıllıq ərazisinin 3,3 hektar hissəsi Heydər Əliyev adına mədəniyyət və istirahət parkını əhatə edir. Parkda salınmış yaşıllıq zolaqlarının, çinar ağaclarının yayda qurumaması üçün rayonda olan arxlardan yüksək təzyiqli nasoslar vasitəsilə su çəkilərək suvarma işi aprılır. Qeyd edək ki, bununla yanaşı rayonun Əli Kərim parkında, küçələrində əkilmiş çinar ağaclarının suvarılması işi gündəlik görülür.
Ətraf mühitin sağlamlaşdırılması, ekoloji vəziyyətin yaxşılaşdırılması istiqamətində Göyçay abadlaşdırma və təmir idarəsinin əməkdaşları xüsusi xidmət göstərirlər.