Azadsöz.az xəbər verir ki, Ermənistan hərbçiləri NATO-nun Gürcüstanda planlaşdırılan təlimlərinə qatılmayacaqlar.
Bu barədə yerli mediaya Müdafiə Nazirliyindən məlumat verilib.
Çoxmillətli hərbi təlim olan “Agile Spirit 2021” 26 iyul – 6 avqust tarixlərində keçiriləcək. Bir müddət öncə isə NATO-nun mətbuat xidməti, təlimlərdə Gürcüstan və ABŞ-la yanaşı, 13 NATO ölkəsindən, alyansın tərəfdaş dövlətlərindən, o cümlədən Türkiyə ilə Azərbaycandan olan hərbçilərin iştirak edəcəyinin planlaşdırıldığını söyləmişdi.
Xatırladaq ki, keçmişdə Ermənistan dəfələrlə NATO-nun Gürcüstan ərazisində keçirdiyi hərbi təlimlərdə iştirak edib.