Azadsöz.az xəbər verir ki, Moldova prezidenti Maya Sandunun Gürcüstana səfəri başlayıb.
Onun təyyarəsi Batumi beynəxlalq aeroportunda enib.
Gürcüstan prezidenti Salome Zurabişvilinin dəvəti ilə baş tutan səfər çərçivəsində M.Sandu “Avropa İttifaqının cəlbetmə qüvvəsi və regionun transformasiyası” adlı XVII Batumi beynəlxalq konfransında çıcış edəcək.
O həmçinin Gürcüstan və Ukraynanın dövlət başçıları ilə birgə Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişellə görüşdə də iştirak edəcək.