02 May 2024 08:58

Fərqliliyimiz Uğurumuzdur

Qubadlıda silah-sursat aşkar edilib

Azadsöz.az  xəbər  verir  ki, işğaldan azad edilmiş ərazilərdə polis əməkdaşları tərəfindən silah-sursatların aşkar edilməsi məqsədi ilə nəzarət-profilaktiki tədbirlər davam etdirilir.

Qubadlı Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən ötən gün keçirilmiş tədbirlər zamanı rayon ərazisindəki tərk edilmiş hərbi mövqelərdən 14 ədəd müxtəlif növ qumbara və alışqanları, 41 ədəd qumbaraatan mərmisi, 1 ədəd avtomat, 3 ədəd avtomat darağı və 4313 ədəd müxtəlif çaplı patronlar aşkar edilərək aidiyyəti üzrə təhvil verilib.

Bu istiqamətdə tədbirlər davam etdirilir.

 

 

 

About The Author