23 Noyabr 2024 05:26

Şəhid Polkovnik-Leytenant Vidadi Xəlilovun ildönümünə həsr olunmuş tədbir keçirildi-FOTOLAR


Azadsöz.az  xəbər  verir  ki, bu  gün Göyçayda şəhid Polkovnik-Leytenant Vidadi Xəlilovun anadan olmasının 39-cu il dönümünə həsr olunmuş tədbir keçirilib.Tədbirdə  rayon icra hakimiyyətinin başçısı Mehdi Səlimzadə, Müdafiə Nazirliyinin N saylı hərbi hissəsinin nümayəndələri, hüquq-mühafizə orqanlarının rəhbərləri, ictimaiyyət nümayəndələri və şəhidin ailə üzvləri iştirak ediblər.

Əvvəlcə  şəhər parkının giriş hissəsində yerləşən monitorda Vidadi Xəlilova həsr olunmuş qısa videoçarxa baxış keçirilib.Daha  sonra Şəhidlər Xiyabanında Şəhid Polkovnik-Leytenant Vidadi Xəlilovun məzarı ziyarət olunub, məzarı üzərinə gül-çiçək dəstələri düzülüb.

Tədbirin  giriş  hissəsindən  əvvəl  Azərbaycanın müstəqilliyi, suverenliyi və ərazi bütövlüyü uğrunda canından keçmiş bütün şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Tədbirdə çıxış edən rayon İcra Hakimiyyətinin başçısı Mehdi Səlimzadə şəhid Vidadi Xəlilovun qısa və mənalı ömür yolundan, qəhrəmanlıq əzimkarlığından söhbət açıb.Diqqətə  çatdırıb ki, başlanan İkinci  Vətən  müharibəsində Azərbaycan Ordusunun 3000-ə yaxın igid  oğulları  şəhid olub.Şəhidlərdən 46-sı Göyçayın payına düşüb. 

Tədbirdə çıxış edən Şəhid polkovnik leytenat Vidadi Xəlilovun döyüş yoldaşları, Qafqaz Müsəlmanlar İdarəsi Regional Şöbəsinin sədri Rəsul Kazımov, Meyxanaçı, şair, hacı Elşən Xəzər, şəhər 4 saylı tam orta məktəbin tarix müəllimi Firəngiz Məmmədyarova, Gənclərin İnkişaf və Karyera Mərkəzinin Göyçay rayonu üzrə nümayəndəliyinin direktoru Coşqun İsmayılov şəhid Vidadi Xəlilovun Azərbaycan dövlət sərhədinin bərpa edilməsi üzrə döyüş əməliyyatları zamanı Azərbaycan Ordusunun nümayiş etdirdiyi mərdlik və qətiyyətdən söz açıblar.

Tədbirin sonunda  şəhidimizin anası Əminə Xəlilova şəhid ailələrinə göstərilən diqqət və qayğıya görə  İlham Əliyevə, Birinci vitse-prezident Mehriban xanım Əliyevaya, rayon rəhbərliyinə ailəsi adından təşəkkürünü bildirib.

Xatırladaq  ki, Vidadi Xəlilov vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün prezident İlham Əliyevin 15.12.2020, 30.12.2020-ci il tarixli sərəncamına əsasən  ölümündən sonra “Vətən uğrunda” , “Hərbi xidmətlərə görə” medalları ilə təltif edilib.

Bununla yanaşı Azərbaycan Ordusunun polkovnik-leytenantı Vidadi Xəlilov Cəbrayılın,Qubadlının, Laçının azad olunmasında göstərdiyi qəhrəmanlığına,şücaətinə görə prezident İlham Əliyevin 24.12.2020 ( “Cəbrayılın azad olunmasına görə” ); 29.12.2020 ( “Qubadlının azad olunmasına görə”) ; 29.12.2020 (“Laçının azad olunmasına görə”)- ci il tarixli sərəncamına əsasən, medallarla təltif olunub.

Bir 2 kişi, ayakta duran insanlar, açık hava ve ağaç görseli olabilir

 

Bir 1 kişi, ayakta, açık hava ve ağaç görseli olabilir

Bir bir veya daha fazla kişi, ayakta duran insanlar, ağaç ve açık hava görseli olabilir

Bir 2 kişi, ayakta duran insanlar ve açık hava görseli olabilir

Bir 12 kişi, ayakta duran insanlar, açık hava ve ağaç görseli olabilir

Bir Coşqun İsmayılov dahil 6 kişi, ayakta duran insanlar, açık hava ve ağaç görseli olabilir

Bir 9 kişi, ayakta duran insanlar, açık hava ve ağaç görseli olabilir

Bir 7 kişi, ayakta duran insanlar, askeri üniforma ve açık hava görseli olabilir

Bir 7 kişi, ayakta duran insanlar, çiçek ve açık hava görseli olabilir

Bir 2 kişi, ayakta duran insanlar ve açık hava görseli olabilir

Bir 11 kişi, ayakta duran insanlar, ağaç ve açık hava görseli olabilir

Ankara escort İstanbul Travesti Shemale İstanbul